Bu gün səhər saatlarında Sumqayıtdan Bakıya gələn elektrik qatarında texniki nasazlıq qeydə alınıb. Oxu.Az xəbər verir ki, saat 07:15-də Sumqayıt Dəmiryol Stansiyasından hərəkətə başlayan qatar 08:07-də son ünvana çatmalı idi.
Lakin qatar 07:44-də Zabrat-2 stansiyasında ləngiyib. Bələdçi sərnişinlərə qatarda texniki nasazlığın olduğunu bildirib.