Aşıq Zülfiyyə İbadova vəfat edən qardaşından danışıb kövrəlib. Pravda.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda "7 tamam" proqramında bəhs edən musiqiçi qardaşı qızının toyu olacağını deyib:
"Qardaşım dünyasını dəyişəndə övladının üzünü görmədi. Qız anasının bətnində idi, 40 mərasimindən 2 gün sonra dünyaya gəldi. Qardaşım 27 yaşında vəfat etdi. Oğlunu gördü, qızını yox. O, dünyaya gələndə deyirdik "qara qız"dır. Qız altıncı sinifdə oxuyanda gəlnimiz də vəfat etdi.