Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib
Bu gün Sabunçu rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin qızı Qəmərtac Maqsudova sərbəst ifadə verib.
O, bildirib ki, hadisə baş verəndə anası ilə birgə maşında olublar: “Biz körpünü keçdikdən sonra səs eşitdik. Maşını saxladıq. Aşağı düşüb öncə heç nə görmədik. Maşının güzgüsü qırılmışdı. Ağlımıza gələn ilk şey güzgünü sağımızdan keçən maşının qırması gəldi. Sonra adam vurduğumuzu gördük. Atam tez nəbzini yoxladı. Sağ idi. Atam, anam, mən və orada olan digər sürücülərin köməyi ilə vurduğumuz adamı maşına mindirdik. Mənə yer olmadığı üçün qaldım. Atam onu Sabunçu xəstəxanasına apardı. Həmin an mən şokda idim. Şəxsi maşına mindirməkdə yardım etdiyimi mənə aonra dedilər”.
Həmçinin şahid ifadəsində qeyd edib ki, ətrafda piyada keçidi yox idi. Biz onu görmədik: “Maşınların trayektoriyasında dəyişiklik olmadı. Hamı öz sırası ilə gedirdi. O yolda sürət həddi 90-dır. Biz 80-90 arası sürətlə hərəkət edirdik. Səs eşidəndən sonra əyləcə basdıq. Əyləcə basıb maşənı saxlamağımız 30-50 saniyı çəkdi. Biz onu görsəydik belə hadisənin xoşbəxt sonluqla bitəcəyinə inanmıram”.
Müdafiə tərəfi Qəmərtac Maqsudovanın istintaqa verdiyi ifadə ilə məhkəmədəki ifadəsində ziddiyyətin olduğunu bildirib.
Qəmərtac Maqsudova istintaqda ifadəsində bildirib ki, həmin zaman atası və anası söhbət edirdi. Bundan əlavə o, hadisə baş verən zaman hadisə yerində anası ilə birgə qalıb. O, istintaqdakı ifadəsini təkzib edib.