Gəncə Şəhər Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Tahir Fərəclinin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri növündə cəza təyin edilib.
İttihama görə, hadisə bu il Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən "Üç qardaş" marketin yaxınlığında qeydə alınıb.