Həbsdə olan şəxsi azadlığa buraxdırmaq adı ilə yaxınlarından 190 min manat almış dəstənin üzvləri - Əlizamin Ağayev, Əli Vəliyev və Fərid Piriyevin məhkəməsi başa çatıb. "Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə onlara hökm oxunub.
Bildirilib ki, həmin şəxslər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il 6 ay müddətinə həbs cəzası almış E.İsmayılovun yaxınlarını aldadıblar. Onlar özlərini nüfuzlu və vəzifəli şəxs kimi təqdim ediblər və bu işi həll edəcəklərinə vəd veriblər. Həmçinin dəstə üzvlərinin bir neçə digər vətəndaşa qarşı da dələduzluq edərək xeyli pullarını ələ keçirməsi məlum olub.