Dünyanın ən uzun ömür sürən insanları dedikdə ağıla ilk gələn yaponlardır. Onların bu qədər uzun yaşamasının ən böyük səbəblərindən biri birbaşa istehlak etdikləri qida ilə bağlıdır.
Yaponların hər gün istehlak etdikləri bu qidalar onların uzun ömür sürməsinə və sağlam qalmasına kömək edir.
Yaponiyanın Okinava bölgəsində yaşayan insanlar uzun ömürləri ilə tanınırlar. Onların bu sirri isə bənövşəyi kartofdur. Bölgədə yaşayan insanların ən çox istifadə etdiyi qida növüdür. Bənövşəyi kartofun qida dəyərinin bölgədəki insanların uzun ömür sürməsinin sirri ilə əlaqəli olduğu təxmin edilir və hər gün bir kartof istehlak etdikləri məlumdur.