Bakının Sabunçu rayonunda 2006-cı il təvəllüdlü Samir sosial şəbəkədə tanış olduğu Fərqanəni (adlar şərti verilib – red.) lüt fotoları ilə şantaj edib.
Bakı şəhər sakini Samir “İnstaqram” sosial şəbəkəsində “Blomister” adı ilə qeydiyyatdan keçib və orada Fərqanə ilə qiyabi tanış olub. Münasibət yaradaraq rüsvayedici məlumatlar yayma hədəsi ilə onun çılpaq şəkillərini, videoyazısını, habelə bacısının şəkillərini əldə edib.
Samir 2024-cü ildə Fərqanədən rüsvayedici məlumatları yayacağı hədəsi ilə 1000 manat pul tələb edib.
Fərqanə mobil telefon vasitəsilə onun hesabına 50 manat köçürüb.
Hadisəni törədən Samirin barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.
“Şəkillərini götürdüyümü dedim”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, təxminən 3 ilə yaxındır özünə məxsus iki telefonda “PubG” oyunu oynayır:
“Həmin oyunda ləqəbim Timadır. 4-5 ay əvvəl “PubG” oyununda Fərqanə adlı qızla tanış oldum. 29 fevral 2024-cü ildə oyunda Fərqanəyə yazdım və profili vasitəsilə oyuna girərək oynamaq üçün login parolunu istədim. Fərqanə login və parolunu verdi. Lakin oyuna girə bilmədim. “PubG” hesabını, həmçinin onun “Facebook” loginini istədim. Fərqanə də mənə “Facebook”da qeydiyyatdan keçdiyi hesabının adını və parolunu verdi.
Bir neçə dəqiqə sonra Fərqanənin “Whatsapp” nömrəsinə doğrulama mesajı göndərdim. Bunun nə olduğunu soruşduqda ona “Facebook”un kodu olduğunu və oyuna girmək üçün gərəkli olduğunu bildirdim. Fərqanə mənə inanaraq kodu verdi.
Kodu “Whatsapp" ani mesajlaşma sisteminə yazaraq onun “Whatsapp”ına daxil oldum. Daha sonra “İnstagram” sosial şəbəkəsində Fərqanəyə məxsus “pisst98” adlı profilə öz açdığım “Blomester” adlı profildən yazdım. Ona Tima olduğumu, “Whatsapp” ani mesajlaşma sisteminin məndə olduğunu, anasının, bacısının, rəhmətə getmiş atasının, həmçinin telefonundakı uyğunsuz formada çəkilən şəkillərini “Whatsapp”dan götürdüyümü, dediklərimi etməsə, sosial şəbəkələrdəki “ifşa səhifələrində” yayacağımı bildirdim”.
“Lüt şəkillərini göndərməyini tələb etdim”
Samir qeyd edib ki, daha sonra Fərqanəyə “İnstagram”da görüntülü zəng edib və mobil nömrəsini qırmağını istəyib ki, “Whatsapp”a bir daha daxil ola bilməsin: “Fərqanə mənim əlimdə şəkillərinin olduğunu və paylaşacağımdan ehtiyat etdiyi üçün dərhal nömrəsini qıraraq atdı.
Fərqanədən “İnstagram”da soyunmuş halda şəkillərini çəkərək mənə göndərməyini tələb etdim. O da çılpaq formada şəkillərini çəkərək göndərdi. Növbəti gün yenidən ona “İnstagram”da zəng etdim və görüntülü danışmaq istədiyimi bildirdim. Fərqanə görüntünü açandan sonra soyunmasını istədim. Lakin o, buna etiraz etdi.
Mən bir gün öncə əldə etdiyim şəkillərini Telegramda paylaşacağımı bildirdim. Fərqanə bundan qorxaraq kamera qarşısında soyunmağa başladı. Beləliklə, 4 gün Fərqanə ilə “İnstagram”da görüntülü danışdım, hamısında da onun soyunmuş halda mənimlə danışmasını istədim. İfşa səhifələrində videolarını paylaşacağımdan ehtiyat etdiyi üçün mənimlə soyunmuş halda danışdı”.
“Pul tələb etdim”
Təqsirləndirilən şəxsin sözlərinə görə, 6 mart 2024-cü ildə gecə saat 01:30-da Fərqanəyə “İnstagram”da yazıb, 1000 manat pul istəyib, pulu göndərəndən sonra bu söhbətin bağlanacağını bildirib:
“Həmin vaxt mən Zabrat qəsəbəsindəki evimizdəydim. Fərqanə mənə bu qədər pulunun olmadığını bildirdi. Anasını telefona çağırmasını istədim. O, anasını yuxudan oyadaraq çağırdı. Telefonda anasına qızı Fərqanənin məndə çox sayda videolarının olduğunu, 1000 manat pul göndərmədikləri təqdirdə videoları yayacağımı bildirdim.
Fərqanənin anası mənə bu etdiyimin cinayət olduğunu bildirdi və polisə şikayət edəcəyini dedi. Cavab verdim ki, mənim əsl adım Tima deyil, məni heç kim tapa bilməz, şəxsiyyətimi heç kim müəyyən edə bilməz. Pulu ödəməyəcəkləri halda şəkillərin sosial şəbəkələrdə paylaşılacağımı dedim. Martın 8-nə kimi 1000 manat pulu göndərmələrini tələb etdim”.
“Lüt videolarını göndərdim”
Samirin ifadəsinə görə, martın 8-də “Whatsapp” nömrəsi ilə qeydiyyatdan keçib və Fərqanəyə “AnyDesk” adlı proqramı telefona yükləməyi bildirib: “Fərqanə bu proqramın nə olduğunu soruşdu. Bildirdim ki, “Whatsapp”a bənzər proqramdır, orada ona şəkillər göndərəcəm. Fərqanə buna inandı və proqramı yükləyərək kodu mənə verdi.
Mən dərhal “AnyDesk" uzaqdan nəzarət proqramı vasitəsilə Fərqanənin telefonuna daxil oldum və qalereyadakı onun bacısına məxsus şəkilləri götürdüm. Həmin şəkilləri fotoşopda montaj edərək çılpaq halda qız şəklinə çevirdim və Fərqanəyə göndərdim. Bildirdim ki, dərhal dediyim məbləği göndərsin, əks halda bacısı Nailənin də şəkillərini yayacam.