Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

1 829
Paylaş:
Yollar buz bağlayacaq -     XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 18-i axşamdan 19-u gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.


Bu barədə Pravda.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.


Bildirilib ki, yağıntının ayrı-ayrı yerlərdə qısamüddətə intensivləşəcəyi, gecə yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimal olunur.


"Azərbaycanın rayonlarında da dekabrın 18-i gündüzdən dağlıq ərazilərdən başlayaraq 19-u gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Dekabrın 19-u gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq", - məlumatda qeyd olunub.


Paylaş:

Ən son xəbərlər