Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanın mülkiyyət hüquqlarının pozulmasına görə 1 milyon 693 min 892 avro məbləğində təzminat ödəməli olduğuna dair qərar çıxarıb.
Pravda.az Haqqın.az-a istinadən bildirir ki, AİHM qərarını Bakıda Qış Parkının tikintisi zamanı çıxarılan insanların ifadələri əsasında qəbul edib.
2008-ci ildə Bakı RİH başçısının sərəncamı ilə Füzuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşev küçələrində 500-dən çox yaşayış və qeyri-yaşayış binası sökülüb, sakinlər köçürülüb. Ərizəçilər mülkiyyət hüquqlarına müdaxilədən şikayətlənərək ədalətli mühakimə olunmasını tələb ediblər.