Sabiq nəqliyyat naziri Ziya Məmmədovun direktor müavini olan bacısı Məhbubə Məmmədova vəzifəsindən azad edilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Məhbubə Məmmədova müvafiq əmrlə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsindən çıxarılıb.
Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsi Xanımqız Rüstəmovaya tapşırılıb.