BURADA REKLAMINIZ OLA
BİLƏR

Şahnaz Bəylərqızı ilə bağlı qərar verildi - YENİLƏNDİ

Məhkəmə jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) ilə bağlı qərar verib.

 

Onunla bağlı təqdimata Xətai rayon Məhkəməsində baxılıb.

 

Qərara əsasən, təqdimat təmin olunub, Şahnaz Bəylərqızı barəsində 3 ay 15 gün müddətində həbs-qətimkan tədbiri seçilib.

 

***

13:04

 

“Arqumet.az” saytının baş redaktoru, jurnalist Şəmşad Ağa (Ağayev) və jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) ilə bağlı məhkəməyə təqdimat daxil olub.

 

Hər iki təqdimata Xətai Rayon Məhkəməsinda baxılacaq.

 

Şəmşad Ağa ilə bağlı təqdimat hakim Rəfail Sadıqovun, Şahnaz Bəylərqızı ilə bağlı təqdimat isə hakim Fuad Axundovun icraatına verilib.

 

Qeyd edək ki, Şəmşad Ağa və Şahnaz Bəylərqızı ötən gün polis əməkdaşları tərəfindən saxlanılıb.

 

APA

Tarix: 6 Fevral 2025, 14:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin