Şəki şəhərində 16 yaşlı yeniyetmə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmyaşıdına daxilə nüfuz edən xəsarət yetirib.
Yeniyetmələr arasında dava
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Müvafiq ekspertiza təyin olunub və araşdırmalar aparılır.