"Yardımlıda cinsi zorakılığa məruz qalan azyaşlı qıza və qardaşına qəyyum təyin edilib". Bunu Oxu.Az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Şəbnəm Cəfərova deyib.
O qeyd edib ki, hər iki azyaşlı Bakıdakı sığınacaqlardan birinə yerləşdiriləcək:
"Hazırda baş vermiş hadisə ilə bağlı istintaq tədbirləri həyata keçirilir. Hər iki uşaq yetkinlik yaşına çatmayıb. Cinsi zorakılığa məruz qalan yalnız qız uşağıdır. Buna baxmayaraq, azyaşlı olduğundan hər iki uşağa qəyyum təyin edilib. Azyaşlının anası və ögey atası təqsirləndirilən şəxslər sırasındadır. Uşaqların bioloji atası isə həyatda deyil".
12:40
Yardımlıda azyaşlıya qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı qeydə alınıb.