Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

Əməkdar artistin efirdə halım pisləşdi, təcili yardım gəldi

Əməkdar artist Nüşabə Ələsgərli səhhətində yaranan problemdən danışıb.

 

Sənətçi aparıcı Zaur Baxşəliyevin verilişində səhhətinin pisləşdiyini deyib. O bildirib ki, həmin görüntülərə insanlar tənqid yazıb:

 

"Zaurun verilişində mahnı oxudum, oturdum. Halım pisləşdi. Sonra İlkin Əhmədov çıxdı oxumağa. Hiss edirəm ki, gedirəm. Dedim, Allah məni biabır etmə. Zaura dedim ki, məni çıxart havaya, təcili yardım gəldi.

 

Baxıram ki, sosial şəbəkədə biri yazıb: "aferist" İlkin Əhmədovun ifasını bəyənmədi, diqqəti özünə çəkmək istədin. Niyə? Hətta tibb bacısı dedi ki, təzyiqiniz 35-ə düşmüşdü. Onlar paltarın üstündən mənə iynə vurdular"./Axşam.az

Tarix: 15 Aprel 2025, 18:39   
Xəbər lenti
Çox oxunanlar