Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını deyib. Pənahovun oğlu işgəncələrdən Kalforniyadan Bakıya qaçan həyat yoldaşına zəng edərək onu hədələyib. Nəticədə qadın boşanma iddiası ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib.
Pravda.az Haqqin.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyevin sözlərinə görə, hazırda bu hadisə ilə bağlı rəsmi məlumat yoxdur. Bununla belə, o, əmin edib ki, müvafiq məlumatlar daxil olduqdan sonra Daxili İşlər Nazirliyi dərhal rəsmi açıqlama verəcək.