TV-də 2 müğənni bir çörəyi bölə bilməyib.
"5 gün Mikayıl ilə" verilişində Qumral ilə Aygünün sözləri bir-birinin boğazından keçməyib.
Onlar qarşılıqlı ittihamlarla bir-birini susdurmağa çalışıblar. Tərəflər arasında ağız davası zamanı Qumral həmkarının atmacalarına belə cavab verib:
"Atmaca ilə danışamağa ehtiyac yoxdur. Hər şeyi görürəm, uşaq deyiləm. Eyni toyda hərəkətlərini gördüm. Yekə-yekə danışmaq lazım deyil. Efirdən kənarda sözlərini mənə deyərsən və cavabını alarsan. Beynin xarabdırsa, get, düzəltdir".