İyunun 4-də saat 20 radələrində Babək rayon Şəkərabad kənd sakini 1978-ci il təvəllüdlü Leyla Qoçəliyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Pravda.az bildirir ki, bu barədə Naxçıvan Muxtar Respublikası prokurorluğunun məlumatında bildirilib.
Qeyd edilib ki, araşdırmalarla Babək rayon Şəkərabad kənd sakini 2001-ci il təvəllüdlü Nihad Qoçəliyevin Leyla Qoçəliyevanı kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.