BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Tofiq Yaqublunun adını çəkməsəm də...”

“Tofiq Yaqublunu (sözügedən kontekstdə) həbs etmək, onu bu qədər həbsdə saxlamaq, ona ittiham hökmünün verilməsini tələb etmək, eləcə də (bu, baş verərsə) ona ittiham hökmü vermək haqsızlıqdır. Bunu anlamaq üçün vicdana belə gərək yoxdur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Erkin Qədirli deyib.

 

“Vicdanımı sorğulayanlara sözüm yoxdur. Aralarında küyə düşənlər, səmimi yanılanlar varsa, mənim xuliqanlıqla bağlı maddəni Cinayət Məcəlləsindən götürmək təkliflərimi və onların əsaslandırılmasını oxusunlar, MM-dəki çıxışlarımın videolarına baxsınlar. Bu mövzuda iki dəfə komitədə, iki dəfə də plenar iclasda çıxışlarım olub. İclasların birində işçi qrupun üzvləri (Prezident Administrasiyasının, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin məsul işçiləri, Ali Məhkəmənin hakimləri) də iştirak etdilər, onlara da sözümü dedim. Tofiq Yaqublunun adını çəkməsəm də, çoxları konteksti anlaya bildi. Özlərini müxalifət sayanların bəziləri isə bunu anlamaq istəmədi. Məni vicdansızlıqda, qorxaqlıqda suçlamağa girişdilər. 

Mən Tofiq Yaqubulunun adını heç yerdə çəkmədim. Tezliklə azadlığa çıxsın, səbəbini özünə deyəcəyəm. Özü anlasa, yetər. Razılaşmasa da olar. Başqaların dedi-qodusu, şəri-böhtanı məni düşündürmür” – E.Qədirli qeyd edib.

Tarix: 2 Sentyabr 2020, 21:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin