BURADA REKLAMINIZ OLA
BİLƏR

“İnstagram” da ermənilərə tərəfdir" - Aynişan

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva “İnstagram”dan gileylənib.

 

Pravda.az xəbər verir ki, sosial şəbəkə hesabında tez-tez erməni terrorunu dünyaya çatdırmağa çalışan Aynişanın postları ermənilər tərəfindən şikayət olunaraq silinib. Bu barədə yazan bloger “İnstagram”ın da ermənilərin yanında olduğunu qeyd edib:

 

“Başımıza gələn hadisəni paylaşmışam da, ay şərəfsizlər! Sizin kimi yalan uydurmamışam ki! 8 mindən çox şərhi olan video səhifəmdən silindi. Hansı ki, ən vacib həştəqlər qeyd olunmuşdu. Bu şərəfsizlər bunu necə bacarır?! Necə olur ki, bu cür güclü paylaşımı sildirə bilirlər, biz isə ən mənasız postlarını nə əziyyətlə sildirməyə çalışırıq. Heç silinmir də. Məncə, “İnstagram” da onlara tərəfdir!”

Tarix: 22 Oktyabr 2020, 16:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin