BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Şuşa Bəyannaməsi düşmənlərə bir daha sübut etdi ki, Azərbaycana qarşı işğalçı siyasətləri onlara baha başa gələ bilər”

"Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və səfər zamanı imzalanan Şuşa Bəyannaməsi düşmənlərə bir daha sübut etdi ki, Azərbaycana qarşı işğalçı siyasətləri onlara baha başa gələ bilər".

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Sabir Rüstəmxanlı deyib.

 

 

Deputat 15 iyunda işğaldan azad edilmiş Şuşa şəhərində imzalanan bəyannamənin əhəmiyyətindən bəhs edib: "Bu, Türkiyə ilə Azərbaycan arasında bağlanan tarixi bir sənəddir. Bəyannamə təsdiq edir ki, bundan sonra əgər hansısa qonşu dövlət Azərbaycana qarşı işğalçı mövqedən çıxış edərsə və buna cəhd göstərərsə, Azərbaycan və Türkiyə birgə hərəkət edəcəklər. Vaxtilə imzalanmış Qars müqaviləsinə əsasən, Naxçıvanın müdafiəçisi kimi çıxış edən Türkiyə indi həm müdafiə sahəsində, həm də BMT çərçivəsində iş birliyini, eyni zamanda dövlətlərin təhlükəsizliyi məsələlərində Azərbaycanla daim birgə olacaq. Bu istiqamətləri şərtləndirən bəyannamənin Şuşada qəbul edilməsinin xüsusi rəmzi əlaməti var. Bu, Azərbaycan və Türkiyənin, doğrudan da, qardaş dövlət olduğunu nümayiş etdirir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri və səfər zamanı imzalanan bəyannamə düşmənlərə bir daha sübut etdi ki, Azərbaycana qarşı işğalçı siyasətləri onlara baha başa gələ bilər".

 

Nəzrin Cavid

Tarix: 16 İyun 2021, 11:05   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin