BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirusa görə Olimpiya Təsnifat Turniri Çindən alındı

Boks üzrə Olimpiya Təsnifat Turnirlərinin proqramında dəyişiklik edilib.

 

Pravda.az-ın xəbərinə görə, Asiya və Okeaniya zonası üzrə turnirin keçirilmə yeri və vaxtı dəyişdirilib.

 

Yarış Çində deyil, İordaniyada təşkil olunacaq. Turnirin Uxanda keçirilməməsinə səbəb təhlükəli virusun yayılmasıdır. Artıq 26 nəfər bu səbəbdən dünyasını dəyişib.

 

Fevralın 3-14-də Uxanda təşkil olunması planlaşdırılan yarış martda keçiriləcək. Ammandakı turnir ayın 3-11-də baş tutacaq.

 

Qeyd edək ki, Asiya və Okeaniya üzrə Olimpiya Təsnifat Turnirində Tokio-2020-yə 63 lisenziya sahibini tapacaq.

Tarix: 25 Yanvar 2020, 10:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin