Hərbi Prokurorluq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Abdullazadə Səid Məzahir oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə məlumat yayıb.
Pravda.az-a daxil olan məlumatda bildirilir ki, daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilib.