Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Xocavənddə xarici şirkətin maşınını oğurlayanlar məhkəmə qarşısında

844
Paylaş:
Xocavənddə xarici şirkətin maşınını oğurlayanlar məhkəmə qarşısında

Xocavənddə xarici şirkətin maşınını oğurlamaqda təqsirləndirilən Elnur Alıpaşayev, Zahir Əsədullayev və İsmayıl Məmişovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əli Əliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasımın vaxtı hələlik açıqlanmayıb.

Qeyd: Hadisə bu ilin aprel ayında Xocavənd rayon ərazisində qeydə alınıb.

Belə ki, daxil olmuş məlumat əsasında Xocavənd Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə “Hovo” markalı yük maşınını oğurlamaqda şübhəli bilinən Elnur Alıpaşayev, Zahir Əsədullayev və İsmayıl Məmişov saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər əvvəlcədən razılaşaraq şirkətin olduğu yerə gəliblər və bir müddət sonra nəqliyyat vasitəsini rayon ərazisindən oğurlayaraq Sumqayıt şəhərinə aparıblar. Polis əməkdaşları tərəfindən avtomobilin də yeri aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Xocavənd RPŞ-də Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər