Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

“İnsanlar düşünür ki, ölsələr, heç olmasa illərdir birgə, amma qeydiyyatsız yaşadıqları xanımları pul ala bilsinlər”

821
Paylaş:
“İnsanlar düşünür ki, ölsələr, heç olmasa illərdir birgə, amma qeydiyyatsız yaşadıqları xanımları pul ala bilsinlər”

“Son 10 gündə Rusiyada evlənənlərin sayı keçən ilin eyni dövrünə nisbətən 4-6 dəfədən çox (regiondan-regiona dəyişir) artıb. Regionlarda səfərbərliyə çağırılanlar üçün növbəsiz “ZAQS” qeydiyyatı elan edilib və orduya gedənlər rəsmi qeydiyyata düşməyə tələsirlər”.

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

“Rusiya regional hakimiyyəti (federal büdcədən də ayrılan vəsait var) Ukraynada həlak olanların ailəsinə 3 milyon rubl ödəyir, son evlilik artımının səbəbi də məhz budur, insanlar düşünür ki, ölsələr, heç olmasa illərdir birgə, amma qeydiyyatsız yaşadıqları xanımları pul ala bilsinlər, yəni “donuzdan bir tük də qənimətdir” məntiqi ilə davranırlar, ordan sağ qayıdacaqlarına ümidləri azdır...” – N.Cəfərli qeyd edib.

Kənan

Paylaş:

Ən son xəbərlər