Aparıcı Firuzə Cəlilovanın Novxanı qəsəbəsində yerləşən bağ evi ilə bağlı iddialara aydınlıq gətirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən edilib.
Tədbirlərlə istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
Aparıcı Firuzə Cəlilovanın Novxanı qəsəbəsində yerləşən bağ evinə basqın edilib.
Pravda.az xəbər verir ki, bu barədə aparıcı özü məlumat yayıb.
Onun sözlərinə görə, hadisə noyabrın 26-da saat 22 radələrində baş verib. Beş avtomobillə əraziyə gələn təxminən 15 nəfərdən ibarət naməlum şəxsin evə basqın etdiyi iddia olunur.