Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

“TikTok”dakı mübahisə adam öldürməyə cəhdlə nəticələndi – QƏRAR

Paylaş:
“TikTok”dakı mübahisə adam öldürməyə cəhdlə nəticələndi – QƏRAR
Bizi Google News-da izləyin

Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhd və xuliqanlıqda təqsirləndirilən Töhrad Quliyev və Cavad Bayramovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd: Hadisə 2024-cü ilin martında Nəsimi rayonu, Moskva prospektində 96 nömrəli məktəbin qarşısında yerləşən parkda baş verib.

Belə ki, Töhrad Quliyev və Cavad Bayramov "TikTok" sosial şəbəkəsində mübahisədən sonra zərəçəkmiş şəxslərlə görüş təyin ediblər. Orada mübahisə dava-dalaşa çevirilib və bıçaqlanma ilə nəticələnib. 

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Töhrad  Quliyev 15 il 6 ay, Cavad Bayramov isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar.


Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər