Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Sosial

Yeni vergi güzəştləri olacaq

Paylaş:
Yeni vergi güzəştləri olacaq
Bizi Google News-da izləyin

Avtomobillə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirən sahibkarlar üçün yeni vergi güzəştləri olacaq.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşıma fəaliyyətini həyata keçirən fərdi sahibkarın həmin fəaliyyətdən əldə etdiyi gəlirlərinin 50 faizi – 2027-ci il yanvarın 1-dən 3 il müddətində gəlirləri gəlir vergisindən azad ediləcək.

Eyni zamanda avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşıma fəaliyyətini həyata keçirən hüquqi şəxslərin həmin fəaliyyətdən əldə etdikləri mənfəətinin 50 faizi – 2027-ci il yanvarın 1-dən 3 il müddətində mənfəət vergisindən azad olacaq.

Paylaş:

Ən son xəbərlər