“Həyətimizdən kiminsə tapılmasından xəbərimiz belə yoxdur. Nə götürülən mobil telefonlar qaytarılıb, nə boyunbağı, nə də üzük qaytarılıb. İndi araşdırma gedir. Başım çıxmır ki, bu, nə məsələdir. İstintaq tədbirini kim keçirib, harada keçirilib, hansı rayon keçirib? Bizim evdə bilə-bilə kimsə gizlədilibsə, məni niyə tutub aparmırlar? Cinayətkarı saxladığım halda mən də cinayətkar olmalıyam axı. Məni niyə tutmurlar, məsuliyyətə cəlb etmirlər?”
Bu sözləri Pravda.az-a açıqlamasında aparıcı Firuzə Cəlilova Novxanı qəsəbəsində yerləşən bağ evinə naməlum şəxslər tərəfindən basqın edilməsi ilə bağlı yayılan görüntülərdən danışarkən deyib.