Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmada və seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən N.Məmmədovun barəsindəki qərardan dövlət verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd: 2009-cu il təvəllüdlü N.Məmmədov ötən il yanvarın 4-də gecə saat 3 radələrində paytaxt ərazisində yerləşən “Dədə Qorqud” istirahət parkında 2005-ci il təvəllüdlü A.A.-nı (adı, soyadı şərtidir) ağaclıq olan hissəyə doğru çəkib. O, qadına müxtəlif dərəcəli xəsarətlər yetirib, zor tətbiqi ilə seksual xarakterli hərəkətləri törədib.
N.Məmmədov həmin il yanvarın 6-da gecə saat 01:30 radələrində “Dədə Qorqud” parkında 1993-cü il təvəllüdlü S.S.-ə (adı, soyadı şərtidir) arxadan yaxınlaşıb, ağzını tutaraq ağaclıqda yerə uzadıb. Müqavimətlə qarşılaşanda qadına zor tətbiq etməklə seksual xarakterli hərəkətlərini davam etdirib, yumruq və təpik zərbələri ilə onun sifət nahiyəsindən vurub.