Şəmkirdə 16 il əvvəl qətl törətməkdə təqsirləndirilən Turab Vəliyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.
İttihama görə, Şəmkir rayonunun Yeniabad kənd sakini, 1989-cu il təvəllüdlü Turab Vəliyev 2010-cu il fevralın 15-də fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Məhərrəm Həsənovla yaşadığı kənd istiqamətində hərəkətdə olarkən ödənişlə bağlı aralarında mübahisə yaranıb. Bu zaman Turab Vəliyev üzərində gəzdirdiyi bıçaqla Məhərrəm Həsənova 11 zərbə endirərək onu qətlə yetirib.
Faktla bağlı cinayət işi başlanılsa da, cinayətin üstü açılmayıb, qatil tapılmayıb.