Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Məhkəmə keçmiş icra başçının imzasını saxtalaşdıran eks-bələdiyyə əməkdaşı ilə bağlı qərar çıxardı 

Paylaş:
Məhkəmə keçmiş icra başçının imzasını saxtalaşdıran eks-bələdiyyə əməkdaşı ilə bağlı qərar çıxardı
Bizi Google News-da izləyin

Ali Məhkəmədə dələduzluqda və rəsmi sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadədə təqsirləndirilən Faiq Hidayətov və Səfəralan Rəhimovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya protesti təmin edilməyib.


İttihama görə, Faiq Hidayətov Binəqədi qəsəbə bələdiyyəsinin Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin sahə nəzarətçisi vəzifəsində çalışıb.

Belə ki, zərərçəkmiş Afşin Firuzmənd Binəqədi rayonu "Baksol” adlanan ərazidə 6,9 hektar torpaq sahəsini özəlləşdirmək istəyib. Faiq Hidayətov onu Səfəralan Rəhimovla tanış edib. Həmin şəxs vaxtilə Əmlak Məsələləri üzrə Dövlət Xidmətində işlədiyini deyib və Afşin Firuzməndə məxsus torpaq sahəsinin özəlləşdiriləcəyinə yardım edəcəyini bildirib.

Bunun müqabilində onlar zərərçəkmişdən 390 000 manat alıb. Lakin verdiyi vədi yerinə yetirməyib.

İş materiallarından o da məlum olur ki, Afşin Firuzməndə torpağın özəlləşdirilməsi ilə saxta sənədlər təqdim olunub. Bu sənədlərdə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin keçmiş rəisi Akif Abdullayevin və Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərovun imzası və möhürü saxtalaşdırılıb.

Onların barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci maddəsi (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

Faiq Hidayətov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Faiq Hidayətov 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (Şərti məhkum etmə) maddəsinə əsasən, Faiq Hidayətov barəsində şərti məhkumetmə tətbiq edilib və ona təyin olunan cəza 2 il sınaq müddəti ilə şərti hesab olunub. Səfəralan Rəhimov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti təmin edilməyib. Qərardan narazı qalan dövlət ittihamçısı kassasiya protesti verib. 


Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər