Qanunsuz azadlıqdan məhrum etmədə, hədə-qorxu ilə tələb etmə və oğurluqda təqsirləndirilən Abdul Əlislamov və onun qardaşı Aydəmir Əlislamovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.
İttihama görə, Abdul Əlislamov və onun qardaşı Aydəmir Əlislamov 2022-ci il tarixdə Xaçmaz rayonu, Ağyazı Buduq kəndi ərazisində yerləşən yaşadıqları evin həyətindəki tikiliyə zərərçəkmiş E.Kərimovun daxil olduğunu görüblər. Onlar həmin şəxsin orada narkotik vasitəni saxlanılmasını ehtimal edərək zərərçəkmiş şəxsi yaxalayıblar. Sonra E.Kərimovun əllərini bağlayaraq fotoşəkillərini çəkib və yayacağı hədəsi ilə 5000 manat pul tələb ediblər, 3500 manat aldıqdan sonra isə onu sərbəst buraxıblar.