Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Yay geyimlərini payız qarderobuna belə uyğunlaşdırın

Paylaş:
Yay geyimlərini payız qarderobuna belə uyğunlaşdırın
Bizi Google News-da izləyin

Mövsüm dəyişərkən bütün qarderobu yeniləməyə ehtiyac yoxdur. Yay geyimlərinizi düzgün kombinələyərək payız dəbinə asanlıqla uyğunlaşdıra bilərsiniz.

Pravda.az yayın sevilən geyimlərini sərin havalarda istifadə etməyin praktiki yollarını təqdim edir:

Qat-qat geyim texnikası (Layering): Yay libaslarının və ya köynəklərinin üzərindən incə jaketlər, sviterlər və ya dəri gödəkcələr geyinərək şık və isti görünüş əldə edin.

Nazik donlar və sviterlər: Sevimli yay donlarınızın üzərinə gen toxunma sviterlər keçirərək onları payız yubkası kimi istifadə edə bilərsiniz.

Ayaqqabı seçiminizi dəyişin: Yay geyimlərini səndəl və ya başmaqlar əvəzinə yarımboğaz çəkmələrlə tamamlayaraq görünüşünüzə payız havası qatın.

Pencəklərin gücündən istifadə edin: Nazik askılı top və ya t-shirtlərin üzərindən geyinilən maskulin kəsimli blazer pencəklər həm ofis, həm də gündəlik stil üçün ideal seçimdir.

Aksessuar və rəng balansı: Şərf, kəmər və ya payız tonlarında olan çantalar əlavə etməklə açıq rəngli yay geyimlərini mövsümün ruhuna uyğunlaşdırın.

Əminə Bayramova

Paylaş:

Ən son xəbərlər