Tanınmış şair Qəşəm Nəcəfzadə tələbə yoldaşı, böyük şair Kəramət Şükürovun vəfatı ilə bağlı ürəkdağlayan sözlər yazıb. O, bu hisslərini özünün Facebook hesabında paylaşıb.
Qəşəm Nəcəfzadə yazır:
“Böyük şair, tələbə yoldaşım Kəramət Şükürov, indi hardasan? Sənə zəng eləyərdim, telefonun yoxdur ancaq… Sənin telefonun hanı, Kəramət? ‘Lalın dilini anası bilər, nədi nə deyirsən, anası ölmüş’. İndi sənin dilini kim bilər, Kəramət? ‘Əyildi götürdü comadanını, çıxmağa qapını tapa bilmədi’ – o hansı qapı idi, sən çıxa bilmədin, Kəramət? Sənin adını oğluma vermişdim, Kəramət Böyükçölə. Anamın vəsiyyəti idi. Səni çox istəyirdi. Deyirdi, oğlun olsa, adını Kəramət qoyarsan. Həmişə soruşurdun, adaşım necədir? Çox sarsılmışam, Kəramət, inana bilmirəm susmağına…”
![]()
Qəşəm Nəcəfzadə
Musavat.com xəbər verir ki, tanınmış yazıçı Kəramət Böyükçöl bu gün dünyasını dəyişən şair Kəramət Şükürovun vəfatı ilə bağlı sosial şəbəkədə təsirli status paylaşıb.
O yazıb: